“Liverpul”un yeni transferi kimdir?

04.09.2026

Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Liverpul”un yeni transferi kimdir?

İngiltərənin “Liverpul” klubu Fransanın “Sent-Etyen” komandasında çıxış edən Djilan N'Guessanla müqavilə imzalayıb.

QOL.az xəbər verir ki, bu barədə “Liverpul”un rəsmi saytı məlumat yayıb. Bildirilib ki, tərəflər 18 yaşlı hücumçunun transferi ilə bağlı razılığa gəliblər. N'Guessan yanvarda “Liverpul”a daimi əsaslarla qoşulacaq.

Fransalı futbolçu 2026/27 mövsümünün qalan hissəsini icarə əsasında Liqa 1-də çıxış edən “Brest”də keçirəcək.

N'Guessan “Sent-Etyen”in yetirməsidir. O, 2025-ci ilin yanvarında əsas komandada debüt edib və bu klubun heyətində 13 oyuna çıxaraq 1 qol vurub.

Hücumçu 2025-ci ildə Fransanın U-20 millisinin heyətində dünya çempionatında 7 matç keçirib. Fransa turniri 4-cü pillədə başa vurub. N'Guessan ötən yay U-17 Avropa çempionatında 4 qola imza ataraq turnirin rəmzi komandasına da seçilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью