Liviya ABŞ dən bunu tələb etdi

25.10.2026

Icma.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Liviya Milli Birlik Hökumətinin rəhbəri Əbdülhəmid Dibeybə ABŞ Prezidenti Donald Trampın ölkəsi ilə bağlı açıqlamalarına etiraz edərək Liviyanın və xalqının ləyaqətinin seçki mübahisələrinin mövzusuna çevrilməsinə imkan verməyəcəyini bildirib.

Dibeybə bu barədə "X” sosial şəbəkəsində paylaşım edib.

O, oktyabrın 24-də ABŞ-nin Corciya ştatında seçki mitinqində çıxış edən Trampın miqrasiya siyasətinə görə demokrat senator Con Ossoffu tənqid etməsinə münasibət bildirib. Tramp çıxışında Liviya, Yəmən, Haiti və Somalini "terrorçularla dolu” ölkələr adlandırıb.

Dibeybə qeyd edib ki, Liviya ABŞ ilə qarşılıqlı hörmətə əsaslanan münasibətlərə önəm verir və ölkənin, eləcə də xalqının ləyaqətinin seçki debatlarında sövdələşmə predmetinə çevrilməsinə yol verməyəcək.

O, həmçinin Liviya xalqının terrorizmlə mübarizədə böyük qurbanlar verdiyini vurğulayıb.

///teleqraf///

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью