Azvision saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonaqlara Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri, həmçinin dövlət xidmətlərində tətbiq olunan innovativ həllər barədə ətraflı məlumat verib. Təqdimat zamanı hazırda Azərbaycanın bu intellektual brendinin 30-dan çox ölkəyə ixrac edildiyi diqqətə çatdırılıb.
Dövlət Agentliyinin müxtəlif struktur bölmələri tərəfindən nümayəndə heyətinə dövlət xidmətlərinin dizaynı, data əsaslı qərar qəbuletmə mexanizmləri, xidmətlərə nəzarət və qiymətləndirilmə, insan resurslarının idarəedilməsi, könüllülük fəaliyyəti sahələrində geniş təqdimatlar edilib və müvafiq istiqamətlər üzrə müzakirələr aparılıb. Regionlarda əhaliyə göstərilən xidmətlərlə tanışlıq məqsədilə nümayəndə heyətinin Şamaxı “ASAN Həyat” kompleksinə səfəri də təşkil olunub.
Həmçinin qonaqlar Bakı şəhərində yerləşən bir sıra “ASAN xidmət” mərkəzləri, “İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, “Bilim Bakı” mərkəzi, Səyyar ASAN xidmət, 108 Çağrı Mərkəzi və ASAN TV/Radio ilə də yaxından tanış olublar. Liviyalı rəsmilər “ASAN xidmət” modelinin onlarda yüksək təəssürat yaratdığını bildirib və ölkəmizin müvafiq təcrübəsinin yaxın müddətdə Liviyada tətbiqində maraqlı olduqlarını qeyd ediblər.
AzVision.az
Qalereya
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin. Dövlət Agentliyinin müxtəlif struktur bölmələri tərəfindən nümayəndə heyətinə dövlət xidmətlərinin dizaynı, data əsaslı qərar qəbuletmə mexanizmləri, xidmətlərə nəzarət və qiymətləndirilmə, insan resurslarının idarəedilməsi, könüllülük fəaliyyəti sahələrində geniş təqdimatlar edilib və müvafiq istiqamətlər üzrə müzakirələr aparılıb. Regionlarda əhaliyə göstərilən xidmətlərlə tanışlıq məqsədilə nümayəndə heyətinin Şamaxı “ASAN Həyat” kompleksinə səfəri də təşkil olunub.