Icma.az, Bakivaxti saytına istinadən bildirir.
Liviya qlobal bazarlara etibarlı neft və qaz tədarükçüsü kimi rolunu bir daha gücləndirə bilir.
Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bunu Liviyanın İrandakı səfiri Əli Cümə Həsən Fadil deyib.
Onun sözlərinə görə, obyektlərin modernləşdirilməsi və investorlar üçün daha proqnozlaşdırıla bilən müqavilə və hüquqi mühitin yaradılması tələb olunur:
"Enerji təhlükəsizliyi hazırda təkcə iqtisadi deyil, həm də geosiyasi bir kateqoriyadır. Bu vəziyyət Liviya üçün həm imkanlar, həm də məsuliyyətlər yaradır. Ölkə əhəmiyyətli resurslara malikdir və Avropa bazarlarına yaxın ərazidə yerləşir. Sabit istehsal və investisiya mühitində Liviya etibarlı neft və qaz təchizatçısı kimi rolunu gücləndirməyə qadirdir".
Gülşən Şərif