Liviya paytaxtında daşqınlar

15.10.2026

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Tropik yağışlar Liviyanın paytaxtı Tripolidə daşqınlara səbəb olub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, ilkin məlumatlara görə azı 3 nəfər həyatını itirib.

Şəhər meri Fadel Əbu-Ərkub 2,5 saat davam edən leysanın ciddi fəsadlar yaratdığını bildirib. Şəhərin bəzi yerlərində evlər və avtomobillər su altında qalıb. Həmin ərazilərdə təhlükəsizlik baxımından elektrik enerjisi kəsilib. Suk-əl-Cümə rayonunu isə fəlakət bölgəsi elan olunub. Əz çox ziyanın bu rayona dəydiyi bildirilir.

Qeyd edək ki, bəzi xəstəxanaların həyəti və birinci mərtəbələrini də su basıb. Təhlükəsizlik məqsədilə dövlət idarələrinin və məktəblərin fəaliyyəti müvəqqəti dayandırılıb.

L.Tağıyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью