Liviya sahillərində 53 miqrant suda boğulub

09.02.2026

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Liviya sahillərində batan qayıqda iki körpə də daxil olmaqla təxminən 53 qanunsuz miqrant ölüb.

Ölkə.az xəbər verir ki, bu barədə “əl-Hadath” TV-nin məlumatına görə,
Saharaaltı Afrikadan olan insanları daşıyan qayıq Liviyanın Zuvara şəhərinin sahillərinin şimalında çevrilib.

Liviya hakimiyyəti tərəfindən aparılan axtarış-xilasetmə əməliyyatı zamanı yalnız iki qadın xilas edilib.
Onu da qeyd edək ki, Aralıq dənizində miqrantları daşıyan qayıqların batması ilk hadisə deyil. Son illərdə İtaliya və Yunanıstan sahillərində 10-dan artıq qayıq batıb.(musavat)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью