Liviya sahillərində iki miqrant qayığı batdı

17.11.2025

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Liviyanın paytaxtı Tripolidən 120 kilometr şərqdə yerləşən Xüms şəhəri sahillərində miqrantları daşıyan iki qayıq batıb.

Axar.az yerli mediaya istinadən xəbər verir ki, 4 miqrantın cəsədi sudan çıxarılıb.

Liviya Qızıl Aypara Cəmiyyətinin məlumatına görə, batan birinci qayıqda Banqladeş əsilli 26 miqrant olub. Onlardan dördü ölüb. Digər qayıq isə 69 miqrantı Avropaya aparırmış, onlardan ikisi misirli və qalanları sudanlı olublar.

Liviya Qızıl Aypara Cəmiyyəti xilas olunan və ya itkin düşənlərin sayını bildirməyib.

BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) bu yaxınlarda verdiyi açıqlamaya görə, bu il Mərkəzi Aralıq dənizini keçməyə cəhd edərkən ölən miqrantların sayı 1000 nəfəri keçib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью