Ayna saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Əl-Kuni BMT Təhlükəsizlik Şurasını bu məsələ ilə bağlı təcili iclas keçirməyə çağırıb
Liviya Prezident Şurasının sədr müavini Musa əl-Kuni ölkə sahillərində Rusiyaya məxsus “Merkuri” korvetinə edilən hücumdan sonra Ukrayna Prezidenti Volodimir Zelenskinin terrorçu elan edilməsinə çağırıb. AYNA.AZ xəbər verir ki, onun bəyanatını “Ajel” yayıb.
Siyasətçinin sözlərinə görə, Benqazi limanında Rusiya gəmisinə edilən hücum "Liviya dövlətinə qarşı müharibə elanı" olduğundan, “Zelenski terrorçular siyahısına əlavə edilməlidir”.
Əl-Kuni həmçinin BMT Təhlükəsizlik Şurasını bu məsələ ilə bağlı təcili iclas keçirməyə çağırıb.
Daha əvvəl Prezident Şurasının müavini Liviyanın Kiyevə xəbərdarlıq göndərdiyini və Ukrayna hakimiyyətini "Liviyanı hesablaşma arenasına çevirməmək" barədə xəbərdar etdiyini bildirmişdi.