Liviyada avtobus qəzası nəticəsində ölənlərin sayı 23ə çatıb

13.01.2025

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Liviyanın şərqindəki Əl-Loud bölgəsi yaxınlığında baş vermiş avtobus qəzası nəticəsində ölənlərin sayı 23-ə çatıb.

AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, daha beş nəfər yaralı vəziyyətdə xəstəxanada müalicəsini davam etdirir. Bildirilib ki, magistral yolda qəzaya uğrayan avtobus Cufradan Tripoliyə gedirmiş.

Təhlükəsizlik və prokurorluq orqanları hadisənin səbəblərini müəyyən etmək üçün araşdırma aparır.

Qeyd edək ki, rəsmi statistikaya görə, Liviyada 2024-cü ildə yol qəzalarında hər 100 min nəfərə 34 ölüm hadisəsi qeydə alınıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью