Liviyada enerji müəssisəsində partlayış 1 ölü, 4 yaralı

12.11.2026

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Liviyanın Breqa şəhərindəki Sirte Neft Şirkətinin qaz müəssisəsində yanacaq qaz boru kəmərində baş verən partlayış yanğına səbəb olub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Liviya Milli Neft Korporasiyası məlumat yayıb.

Bildirilib ki, səhər saatlarında Sirte Neft Şirkətinin qaz müəssisəsində hələlik müəyyən edilməmiş səbəbdən partlayış, daha sonra isə yanğın baş verib. Nəticədə bir işçi həyatını itirib, dörd nəfər isə yaralanıb.

Təcili yardım və yanğınsöndürmə briqadaları qaz boru kəmərlərini bağlayıb və yanğın nəzarət altına alınıb, ehtiyat tədbiri olaraq müəssisənin fəaliyyəti dayandırılıb, ərazidə təhlükəsizlik təmin edilib.

Açıqlamada şirkətin əməliyyatlarının normal davam etdiyi və hadisənin yerli bazara qaz tədarükünə və ya xam neft istehsalına heç bir mənfi təsir göstərmədiyi əlavə edilib.

İbrahim Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью