Liviyada güclü yağışlar küçələri su basdı

14.10.2026

Icma.az bildirir, 525.az portalına istinadən.

Liviyanın paytaxtı Tripolidə güclü yağış ciddi fəsadlar törədib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, yolları və küçələri su basıb, bir çox insan nəqliyyat vasitələrində qalıb.

Eləcə də universitetlərdə dərslər ən azı bir günlük dayandırılıb.

Liviya Qızıl Aypara Cəmiyyətinin Tripoli şöbəsi su basmış ərazidə elektrik cərəyanı vuran bir şəxsin cəsədinin tapıldığını açıqlayıb.

Vətəndaşlara açıq naqillərdən və elektrik transformatorlarından uzaq durmaq xəbərdarlığı edilib.

İbrahim Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью