Liviyada qum fırtınası səbəbilə bir neçə şəhərdə təhsilə fasilə verilib

01.02.2026

Apa.az saytına istinadən Icma.az xəbər verir.

Qum fırtınası səbəbilə Liviyanın Misrata, Zliten, Zuvara, əl-Cəmil, Zaltan və əl-Cədidə şəhərlərində təhsil müəssisələrinin fəaliyyətinə fasilə verilib.

APA xəbər verir ki, Səhiyyə Nazirliyinin tabeliyindəki Liviya Təcili Yardım Bölməsi ölkənin mərkəzi və qərb bölgələrindəki bütün şöbələrə xəbərdarlıq edib.

Paytaxt Tripolidəki Mitiqa Beynəlxalq Hava Limanında qum fırtınası səbəbilə uçuşlar ləğv olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью