futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
UEFA Millətlər Liqasında Lixtenşteyn ilə Azərbaycan arasında keçiriləcək matçın hakimləri açıqlanıb.
Futbolpress.az xəbər verir ki, görüşü Estoniyadan olan referilər idarə edəcək.
Baş hakim Kristo Tover olacaq. Ona həmyerliləri Silver Koiv və Sander Saqa kömək edəcəklər. Dördüncü hakim funksiyasını Yoonas Yaanovits yerinə yetirəcək.
VAR-da Marko Liiva və Yuri Frişer olacaq.
Noyabrın 13-də baş tutacaq oyuna saat 23:45-də start veriləcək.