Lixtenşteyn Knyazlığının Baş naziri Azərbaycanda səfərdədir

11.11.2024

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Lixtenşteyn Knyazlığının Baş naziri Daniel Riş noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün Azərbaycan Respublikasına səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın ədliyyə naziri Fərid Əhmədov və digər rəsmi şəxslər qarşılayıblar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью