Lixtenşteyn millisinin baş məşqçisi: “Azərbaycan millisinin 20 milyon dəyəri var”

01.10.2026

Icma.az bildirir, Idman.biz portalına istinadən.

“İlk dəfədir Azərbaycandayam. Bizə gözəl şərait yaradılıb, buna görə AFFA-ya təşəkkür edirəm.

İdman.Biz xəbər verir ki, bu sözləri Lixtenşteyn millisinin baş məşqçisi Konrad Fyunfştyuk UEFA Millətlər Liqasında Azərbaycanla oyundan sonra keçirilən mətbuat konfransında deyib.

"40 min əhalisi olan ölkə olaraq oyunun favoriti biz ola bilməzdik. Azərbaycan millisinin 20 milyon dəyəri var. Bəli, sevincli halda ölkəmizə qayıdırıq. Təbii ki, özümüzü inkişaf etdirəcəyik. Son 3 oyunumuzdan razıyam”, - deyə Konrad Fyunfştyuk bildirib.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью