futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan yığması UEFA Millətlər Liqasının V turunda bu gün Lixtenşteynin qonağı olacaq.
Futbolpress.az xəbər verir ki, millinin matç üçün 23 nəfərlik heyəti məlum olub.
Ayxan Abbasov Nihad Əhmədzadə, Murad Məmmədov, Namik Ələsgərov, Fərid Yusiflini iştirak ərizəsinə daxil etməyib.
İlk dəfə əsas yığmaya dəvət alan Nihad Əhmədzadənin rəsmi matçlarda debüt şansı beləliklə ertələnib. Gənc futbolçunun millinin Andorra ilə yoldaşlıq oyununda meydana çıxması ehtimal edilir.
Namik Ələskərov və Murad Məmmədov da uzun fasilədən sonra yığmanın düşərgəsinə qatılsa da, rəsmi matçda meydana çıxa bilməyəcəklər. Fərid isə ötən toplanışlarda da yer almış, lakin şans qazanmamışdı.
Heyətə dəvət alan Eşqin Əhmədovun isə debüt şansı var.
Abbasov qrup liderliyi baxımından böyük əhəmiyyət kəsb edən matçda təcrübəli futbolçuları meydana buraxmağa üstünlük verib.
Lixteynşteyn – Azərbaycan matçına Bakı vaxtı ilə 23:45-də start veriləcək.
Qapıçılar: Emil Balayev, Aydın Bayramov, Şahruddin Məhəmmədəliyev;
Müdafiəçilər: Rəhman Daşdəmirov, Rüfət Abbasov, Rahil Məmmədov, Anton Krivotsyuk, Elvin Bədəlov, Bədavi Hüseynov, Tellur Mütəllimov, Qismət Alıyev
Yarımmüdafiəçilər: Abdulla Xaybulayev, Toral Bayramov, Emin Mahmudov, Xəyal Əliyev, Eşqin Əhmədov, Emil Mustafayev, Oruc Məmmədov, Rüfət Abdullazadə, Aleksey İsayev;
Hücumçular: Musa Qurbanlı, Mahir Emreli, Ağadadaş Salyanskiy.
Şahin Cəfərov