Icma.az bildirir, Marja.az portalına istinadən.
“Hermes Finance” Açıq Səhmdar Cəmiyyəti yeni bank olmayan kredit təşkilatı təsis edir.
Marja.az “Hermes Finance” ASC-nin açıqladığı insayd məlumata istinadən xəbər verir ki, cəmiyyətin səhmdarlarının ümumi yığıncağının qərarı ilə “Hermes Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması qərara alınıb.
Məlumata əsasən, qərar “Hermes Finance” ASC-nin 9 iyun 2026-cı il tarixində keçirilmiş ümumi yığıncağında qəbul edilib. Yeni yaradılacaq “Hermes Bank Olmayan Kredit Təşkilatı” MMC-də “Hermes Finance” ASC 100 faiz təsisçi paya malik olacaq.
Ümumi yığıncaqda, həmçinin yeni yaradılacaq MMC-nin nizamnamə layihəsi, nizamnamə kapitalı və inzibatçıların təyinatı ilə bağlı qərarlar qəbul edilib.
“Hermes Finance” ASC bəyan edib ki, yeni BOKT-un yaradılması şirkətin inkişaf strategiyasına uyğundur və gəlirliliyinin artmasına müsbət təsir göstərəcək.
Qeyd edək ki, “Hermes Finance” ASC-nin hüquqi və faktiki ünvanı Bakı şəhəri, Xətai rayonu, Ağ Şəhər, 8 Noyabr prospekti, ev 36-dır.
“Hermes Finance” ASC-nin baş direktoru Hamid Mirzayevdir.