Icma.az, Marja.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Xəbər yenilənib: 04.03.2023, saat 10:00
Əsasən kənd təsərrüfatı texnikalarının (kombayn, traktor və aqreqat) nağd və 40% dövlət güzəşti ilə lizinqlə satışını həyata keçirən "Prior Leasing" ASC istiqraz yerləşdirilməsi yolu ilə 1 milyon manat cəlb etməyə hazırlaşır.
Marja.az xəbər verir ki, lizinq şirkəti hər birinin nominal dəyəri 100 manat olan 10 min ədəd istiqraz buraxıb.
İstiqrazlar üzrə illik faiz dərəcəsi 15%, tədavül müddəti 12 ay, faiz ödəniş dövrünün müddəti 30 gündən birdir.
Emissiya üzrə anderrayter "Assist Finance İnvestisiya Şirkəti" ASC-dir.
"Prior Leasing" ASC-nin nizamnamə kapitalının 99,80%-i Məcidova Afaq Hüseyn qızına, 0,20 faizi İsgəndərli İlkin Məmməd oğlua məxsusdur.
Həmçinin oxu “Prior Leasing”in nizamnamə kapitalı 60 % artırılıb