Lizinq şirkətinə əlavə maya qoyulur

09.02.2026

Icma.az, Marja.az saytına istinadən bildirir.

9 fevral 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə, minik avtomobillərinin maliyyə lizinqi xidmətlərni təklif edən "Legion Financial” ASC-nin səhmlərin ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib.

Marja xəbər verir ki, yeni emissiya ilə "Legion Financial” ASC-nin nizamnamə kapitalı 600 min manat artırılır. Əgər yerləşdirmə uğurla yekunlaşarsa Şirkətin nizamnamə kapitalı 3 milyon 910 min manatdan 4 milyon 510 min manata yüksələcək. 

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Səhmlər üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı:  "Legion Financial” ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN:  AZ1001025464

Səhmlərin növü və forması:  Sənədsiz adlı, adi səhmlər

Ticarət üsulu/forması:  Kütləvi / Abunə yazılışı

Səhmlərin sayı:  6000 ədəd

İlkin ticarət qiyməti: 100 manat

Buraxılış həcmi:  600 000 manat

Ticarətə buraxılma tarixi: Emitent tərəfindən bildiriləcək

Anderrayter: “İnvest-AZ İnvestisiya Şirkəti” QSC

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью