Lizinq şirkətinə illik 15% lə 1 milyon manat pul lazımdır

03.03.2026

Icma.az xəbər verir, Marja.az saytına əsaslanaraq.

Kənd təsərrüfatı texnikalarının nağd və 40% dövlət güzəşti ilə lizinqlə satışını həyata keçirən "Prior Leasing" ASC istiqraz yerləşdirilməsi yolu ilə 1 milyon manat cəlb etməyə hazırlaşır.

Marja.az xəbər verir ki, lizinq şirkəti hər birinin nominal dəyəri 100 manat olan 10 min ədəd istiqraz buraxıb.

İstiqrazlar üzrə illik faiz dərəcəsi 15%, tədavül müddəti 12 aydr.

Emissiya üzrə anderrayter "Assist Finance İnvestisiya Şirkəti" ASC-dir.

"Prior Leasing" ASC-nin nizamnamə kapitalının  99,80%-i Məcidova Afaq Hüseyn qızına, 0,20 faizi İsgəndərli İlkin Məmməd oğlua məxsusdur. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью