Demokrat.az saytına istinadən Icma.az xəbər verir.
Avtomobil bazarında bahalı nəqliyyat vasitələrinin cəmi kiçik məbləğdə ilkin ödənişlə kreditə təklif edilməsi halları artıb. Bu cür kampaniyalar alıcılar üçün cəlbedici görünsə də, müqavilə şərtləri və ümumi kredit yükü ilə bağlı müəyyən risklər yarada bilər.
Baha avtomobili aşağı ilkin ödənişlə kreditə alan şəxs hansı məqamlara xüsusi diqqət yetirməlidir?
İqtisadçı Xalid Kərimli Demokrat.az-a açıqlamasında lizinq və ya hissə-hissə ödənişlə avtomobil alarkən vətəndaşın ilk növbədə ümumi məbləğə diqqət yetirməli olduğunu deyib.
Onun sözlərinə görə, əsas məsələ nağd qiymətlə müqayisədə ümumilikdə nə qədər artıq ödəniş edəcəyini müəyyənləşdirsin:
“Yəni əlavə faiz və digər ödənişlərin yükünü hesablasın. Bunun üçün avtomobilin nağd satış qiymətini hissə-hissə ödəniş zamanı formalaşan yekun məbləğlə müqayisə etmək kifayətdir. Məsələn, avtomobil nağd alındıqda 10 min manata başa gəlirsə, lakin hissə-hissə ödənişlə ümumi ödəniş 15 min manata çatırsa, aradakı fərq alıcının əlavə maliyyə yüküdür. Bu məbləği ödəniş müddətinə uyğun hesablayaraq real faiz yükünü də təxmini müəyyən etmək mümkündür. Çünki bəzi hallarda müxtəlif komissiyalar və aylıq xidmət haqları altında əlavə faiz yükü gizlədilə bilər. Kasko sığortasına da ayrıca yanaşmaq lazımdır. Kredit və ya lizinq zamanı Kasko sığortası adətən məcburi şərt olur. Bunun səbəbi avtomobilin girov predmet olması və sığortalanmamasının maliyyə qurumu üçün ciddi risk yaratmasıdır. Ona görə də Kasko xərci ümumi ödənişi artırsa da, bu, kredit faizi deyil, ayrıca sığorta məhsuludur”.
Xalid Kərimlinin fikrincə, ikinci vacib məsələ aylıq ödənişlərin alıcının maliyyə imkanlarına uyğun olub-olmamasıdır:
“Vətəndaş əvvəlcədən hesablamalıdır ki, aylıq ödənişləri rahat şəkildə ödəyə biləcəkmi, yoxsa bu öhdəlik gündəlik xərclərinə və ailə büdcəsinə mənfi təsir göstərəcək. Həmçinin nəzərə almaq lazımdır ki, ilkin ödəniş nə qədər az olarsa, aylıq ödənişlərin məbləği bir o qədər yüksək olur. Bundan əlavə, aşağı ilkin ödəniş zamanı faiz dərəcəsinin də daha yüksək olması ehtimalı artır. Çünki bu halda maliyyə qurumu üçün risk daha çox qalır. Bu məqamlara diqqət yetirmək lizinq və ya hissə-hissə ödənişlə avtomobil alarkən düzgün qərar verməyə kömək edəcək əsas amillərdəndir”.
Fidan Hacızadə
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin. Baha avtomobili aşağı ilkin ödənişlə kreditə alan şəxs hansı məqamlara xüsusi diqqət yetirməlidir?