ll kurs tələbəsi futbol oynayarkən öldü

04.05.2026

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Mingəçevirdə 20 yaşlı oğlan futbol oynayarkən vəfat edib.

“Qafqazinfo”nun məlumatına görə, 2006-cı il təvəllüdlü Həsən Məhəmməd Abdullah oğlu oyun zamanı epilepsiya tutması keçirib.

İlkin məlumata görə, onun dili qatlanıb və bu səbəbdən həyatını xilas etmək mümkün olmayıb.

Bildirilir ki, Sumqayıt şəhər sakini olan H. Abdullah Mingəçevir Dövlət Universitetinin mühəndislik ixtisası üzrə ll kurs tələbəsi idi.

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью