Lloyd Ostin ABŞın müdafiə büdcəsini 1 trilyon dollara çatdırmağı təklif edib AZƏRTAC

13.01.2025

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 13 yanvar, AZƏRTAC

ABŞ-ın müdafiə naziri Lloyd Ostin yaxın bir neçə ildə müdafiə büdcəsini 1 trilyon dollara çatdırmağı təklif edib.

AZƏRTAC Bloomberg agentliyinə istinadla xəbər verir ki, Pentaqonun rəhbəri müvafiq tövsiyəni Ağ evin idarəetmə və büdcə ofisinə göndərdiyi məktubunda yazıb.

Sənədə əsasən, Lloyd Ostin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın gələcək administrasiyasına müdafiə xərclərini artırmaq üçün beşillik plan təklif edib. O, məktubunda 2026-cı maliyyə ilində müdafiə ehtiyacları üçün əvvəllər planlaşdırılan 876,8 milyard dollar əvəzinə 926,5 milyard dollar ayrılmasını məqsədəuyğun saydığını bildirib. Pentaqon rəhbərinin planına əsasən, 2027-ci maliyyə ilində müdafiə xərcləri 1 trilyon dolları keçməlidir.

Müdafiə naziri əsasən də Çinlə ittifaqların möhkəmləndirilməsi ilə bağlı müddəaların həyata keçirilməsinin zəruriliyinə diqqət çəkib.

Qeyd edək ki, ABŞ prezidenti Cozef Bayden dekabrda ölkənin 2025-ci maliyyə ili üçün müdafiə büdcəsini 895 milyard dollar həcmində təsdiqləyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью