Lockheed Martin Patriot üçün daha ucuz raket variantı hazırlayır

20.07.2026

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.

ABŞ-nin "Lockheed Martin" korporasiyası dronlarla mübarizə vasitələrinə tələbatın artması fonunda "Patriot" HHM sistemləri üçün yeni, daha ucuz raket modeli hazırlayacaq.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Financial Times" (FT) qəzeti məlumat yayıb.

Nəşrin verdiyi məlumata görə, yeni "PAC-3 Adapted Capability Effector" raketləri hazırda silahlanmada olan və bir ədədinin dəyəri 4 milyon dollar qiymətləndirilən "PAC-3 MSE" raketlərindən iki dəfə ucuz olacaq. Bundan əlavə, yeni raketlərin istehsal müddəti də daha qısa çəkəcək.

Şirkətdən qeyd ediblər ki, yenilənmiş raketlərin istehsalına Avropadan olan sənaye tərəfdaşları ilə birgə başlanılması planlaşdırılır.

Məryəm Quliyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью