Logistika mərkəzinin müdafiəsini gücləndiriblər

02.12.2025

Reyting.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Niderland Ukraynaya hərbi yardım üçün əsas mərkəz olan Rzeszovdakı NATO logistika mərkəzinin müdafiəsini gücləndirmək üçün Polşaya “Patriot” və “NASAMS” hava hücumundan müdafiə sistemləri yerləşdirib.

Reyting.az xəbər verir ki, bu barədə Niderland Müdafiə Nazirliyi məlumat yayıb.

Yerləşdirmə 1 dekabrda başlayıb və 1 iyun 2025-ci ilə qədər davam edəcək.

Polşaya iki “Patriot” sistemi, bir “NASAMS” və təxminən 300 əsgər göndərilib. Bölmə inteqrasiya olunub və potensial təhdidlərə qarşı çoxqatlı müdafiəni təmin edən dron əleyhinə sistemləri də əhatə edir - ballistik və kruiz raketlərindən tutmuş dronlara, helikopterlərə və qırıcı təyyarələrə qədər.

Bu bölmə müttəfiqlərin silah təchizatını və Ukrayna qoşunlarının təlimini əlaqələndirən NSATU (NATO Ukrayna üçün Təhlükəsizlik Yardımı və Təlimi) mərkəzini qorumaq üçündür.

Qeyd edək ki, Ukraynaya verilən silahların əhəmiyyətli hissəsi Rzeszovdan keçir.

ELÇİN


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью