Loğman Kərimov: Aleksandr Şarovski bütün varlığı ilə teatra bağlı idi

09.09.2026

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 9 sentyabr, AZƏRTAC

Aleksandr Şarovski haqqında danışmaq mənim üçün çox çətindir. Mən onu 1976-cı ildən tanıyırdım. O vaxt Şarovski Gənc Tamaşaçılar Teatrının rus bölməsində aktyor, mən isə işıqçı kimi fəaliyyət göstərirdim.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Əməkdar artist Loğman Kərimov söyləyib.

Onun sözlərinə görə, Aleksandr Şarovski həm aktyor, həm də rejissor kimi bütün varlığı ilə teatra bağlı idi, ömrünü teatr və kino sənətinə həsr eləyib.

“Şarovski teatrda onlarla əsərə quruluş verib. Həmin tamaşalar bu gün də yaşayır və bundan sonra da yaşayacaq”, – deyə Əməkdar artist qeyd edib.

Loğman Kərimov bildirib ki, Aleksandr Şarovski gənclərin dostu idi. O, onlarla gənci teatra cəlb edib, onların səhnədə maraqlı və yaddaqalan obrazlar yaratmasına dəstək göstərib.

Müxbir - Günel Alıyeva

Fotoqraf – Orxan Kərimov

Operator – Orxan Kərimov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью