Loğman Kərimov İSTEFA VERDİ

17.12.2024

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Şuşa Dövlət Musiqili Dram Teatrında kadr dətyişikliyi olub.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, Əməkdar artist Loğman Kərimov teatrın baş rejissorluğundan istefa verib.

Onun otağını artıq təhvil verdiyi də deyilir.

Məsələylə bağlı Bakıvaxtı.az Loğman Kərimovla əlaqə saxladıq. Əməkdar artist deyilənləri nə təkzib, nə təsdiq etdi. Sualımızı dinləyəndən sonra “Başım qarışıqdır” deyərək, telefonu qapatdı.

Şuşa Dövlət Musiqili Dram Teatrına etdiyimiz zənglər isə cavabsız qaldı.

Mina Mikayılova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью