Lökbatan Güzdək avtomobil yolunda yeni körpü inşa olunub

27.08.2026

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Lökbatan-Güzdək avtomobil yolunda yeni körpü inşa edib.

"AzPolitika" agentliyə istinadən xəbər verir ki, bir aşırımlı körpü yolun 2.2-ci km-də sel sularının qəzalı vəziyyətə saldığı suötürücü qurğunun yerində tikilib.

Görülən işlər nəticəsində yol hərəkətinin təhlükəsizliyi təmin olunub və nəqliyyat əlaqəsi tam bərpa edilib.

Bərpa işləri ölkə Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq icra olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью