Lökbatan qəsəbəsində suyun verilməsində fasilə yaranacaq

22.06.2026

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu gecə Bakının Qaradağ rayonunda suyun verilməsində fasilə yaranacaq.

Gununsesi.info bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə istinadən xəbər verir.

Bildirilib ki, yeni çəkilən su xəttinin şəbəkəyə birləşdirilməsi işləri ilə əlaqədar iyunun 2-də gecə saatlarından 04 iyun günorta saatlarına qədər Qaradağın Lökbatan qəsəbəsinə suyun verilməsi dayandırılacaq.

Qurum anlayışla qarşıladıqlarına görə abonentlərə minnətdarlığını bildirir.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью