Lökbatan Qobu yolunda Ford sürücüsü dəhşət saçdı Barəsində tədbir görüləcək

11.08.2025

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Bakının Qaradağ rayonunda, Lökbatan-Qobu yolunda avtomobili ilə təhlükəli manevr edən sürücü barədə qanuna müvafiq tədbir görüləcək.

Bu barədə Oxu.Az-a Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Elvin Hacıyev məlumat verib.

O bildirib ki, BDYPİ tərəfindən sözügedən məsələ araşdırılır, sürücü barəsində qanuna müvafiq tədbir görüləcək.

Aygün Mirakif

11:00

Bakının Qaradağ rayonunda, Lökbatan-Qobu yolunda avtomobilin təhlükəli manevr etməsi sürücülərin narazılığına səbəb olub.

Oxu.Az xəbər verir ki, 99-ML-506 dövlət nömrə nişanlı "Ford Transit" markalı avtomobilin sürücüsü təhlükəli manevr ilə ötmə hərəkəti edərək qəza şəraiti yaradıb.

Digər nəqliyyat vasitəsində yerləşdirilmiş videoqeydiyyatçı tərəfindən lentə alınan görüntülərdə sözügedən avtomobil qarşıda hərəkətdə olan nəqliyyat vasitələrinə təhlükə törətməsi əks olunub.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə sorğu ünvanlanıb.

Sözügedən görüntünü təqdim edirik:

⚡️❗️ Lökbatan-Qobu yolunda avtomobil təhlükəli manevr edərək qəza şəraiti yaradıb #qəza #oxuaz

Posted by Oxu.az on Sunday, August 10, 2025

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью