Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-a daxil olan məlumata görə, hadisə dünən saat 16:30-da 28 May küçəsində qeydə alınıb.
Belə ki, 99-QV-654 dövlət nömrə nişanlı "Isuzu" markalı, 140 nömrəli marşrut avtobusu ilə 77-FN-362 dövlət nömrə nişanlı "Toyota Prius" avtomobili toqquşub.
Qəza nəticəsində xəsarət alan olmayıb. Avtomobillərə maddi ziyan dəyib.
Məhərrəm Əliyev