Lökbatanda işıq dirəkləri var, lakin... FOTOLAR VİDEO

04.12.2025

Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Lökbatan qəsəbəsi, 30-cu Lökbatan küçəsinin sakinləri işıq dirəklərinin işləməməsindən şikayətçidirlər. 
Avtosfer.az xəbər verir ki, sözügedən küçədən həm sürücülər, həm məktəblilər, həm də işə gedib-gələnlər istifadə edir: “Dirəklər var, bəziləri işləyir, bəziləri isə yox. Yolun bərbad olmasını da nəzərə alsaq qaranlıqda həm sürücülər, həm də piyadalar üçün böyük təhlükə yaranır”, – deyə sakinlər bildirir.
Şikayətçilərin elektron poçtumuza göndərdiyi görüntüləri sizlərə təqdim edirik:

Namiq Musayev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью