Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakıda moped sürücüsü nəqliyyat vasitəsi ilə əks yola çıxaraq təhlükəli vəziyyət yaradıb.
BAKU.WS xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Məlumata görə, hadisə Lökbatan qəsəbəsi ərazisində qeydə alınıb.
Videodan da aydın görünür ki, sürücü mopedi əks yola çıxaraq sürətlə idarə edir. O, həmçinin işıqforu qırmızı işıqdan keçir, maşınların arası ilə şütüyür.
Sözügedən kadrları təqdim edirik:
Banu Hüseynli