Lökbatanda obyekt yandı

18.10.2026

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Modern.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 100kv.m. olan anbarda baş vermiş yanğın genişlənərək bitişik yerləşən digər anbarlara yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində anbarın yanar konstruksiyaları 40kv.m. sahədə yanıb.

Xəsarət alan olmayıb.

Digər anbarlar yanğından mühafizə olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью