Icma.az, Avtosfer saytına istinadən bildirir.
Paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza avqustun 5-də saat 16:00 radələrində qəsəbənin May küçəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Mercedes” markalı avtomobil 77-VK-610 dövlət qeydiyyat nişanlı “Toyota” markalı minik avtomobili ilə toqquşub.
Hadisə şahidlərinin bildirdiyinə görə, qəzanın baş verməsinə səbəb avtomobillərdən birinin yüksək sürətlə hərəkət etməsi olub. Toqquşma nəticəsində hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib. Xoşbəxtlikdən, hadisə zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Nərmin