Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Paytaxtın Qaradağ rayonu, Lökbatan dairəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Avtosfer.az-ın məlumatına görə, qəza bir neçə gün əvvəl səhər saatlarında baş verib. Belə ki, hərəkətdə olan 77-GO-170 dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobil “KIA” markalı digər nəqliyyat vasitəsi ilə toqquşub.
Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə maddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
Nərmin