Lökbatanda su olmayacaq

05.03.2026

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Sabah Qaradağ rayonu Lökbatan qəsəbəsinin bəzi ərazilərinə suyun verilməsində fasilə yaranacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.

Bildirilib ki, yeni çəkilmiş şəbəkə xəttinin birləşmələrinin verilməsi məqsədilə martın 6-da, saat 00:00-dan aparılacaq tikinti-bərpa işləri ilə bağlı qəsəbənin bəzi ərazilərinə gün ərzində suyun verilməsində məhdudiyyət olacaq.

Xidmət anlayışla qarşıladıqlarına görə abonentlərə minnətdarlığını bildirir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью