Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.
Paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində moped sürücüsünün yol hərəkəti qaydalarını kobud şəkildə pozmasına dair sosial şəbəkələrdə yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.
BAKU.WS-in əldə etdiyi məlumata görə, keçirilən tədbirlərlə ikitəkərli nəqliyyat vasitəsini idarə edən T.Məhərrəmli müəyyən olunaraq saxlanılıb və onun barəsində qanunamüvafiq tədbir görülüb.