Lökbatanda yağış fəsadlar törətdi FOTO

08.12.2024

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

Lökbatan qəsəbəsinin 28 may küçəsində yaşayış evləri və yolu su basıb. 

Redaktor.az-ın ərazidə olan əməkdaşının verdiyi xəbərə görə, axşamdan yağan intensiv yağış bir sıra problemlərə səbəb olub.

Beləki, "Xəyal" restoranından "Abşeron Port" istiqamətində gedən yol yağış suları səbəbindən keçilməz olub. 

Ərazidə olan yaşayış evlərinin də zirzəmisini su basıb. 

Sevinc İBRAHİMZADƏ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью