Lökbatanda yanan anbar bu şirkətə məxsus imiş

15.05.2026

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, may ayının 13-də Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda güclü yanğın baş verib. 

"Unikal"ın əldə etdiyi məlumata görə, yanan anbar "Bakı Logistika Mərkəzi"nin ərazisində olsa da, ona məxsus olmayıb. 

Sözügedən anbar "MyAnbar" MMC-yə aid olub. Lakin ərazidə digər şirkətlərin də özünün fərdi anbarı yanıb. 

"MyAnbar"ın rəhbəri Anar Kərimov "Unikal"a açıqlamasında bildirib ki, bir sıra şirkətlər mallarını həmin anbarda saxlayıblar. Onun sözlərinə görə, "Bakı Logistika Mərkəzi"nin ərazisindən çıxaraq başqa yerə köçəcəklər. 

Qeyd edək ki, bundan əvvəl yanan anbarın "Bakı Logistika Mərkəzi"nə məxsus olduğu deyilirdi.

Ağarza Elçinoğlu 



Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью