Lökbatanda yük maşını yolu keçən piyadanı vurdu VİDEO

28.11.2025

Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində piyadanın vurulmasıyla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, hadisə noyabrın 28-də saat 11:00 radələrində qeydə alınıb. Belə ki, ərazidən keçən yük maşını yolu təyin olunmamış yerdən keçən piyadanı vurub. Zərbənin təsirindən piyada yerə yıxılıb.

Hadisə zamanı yaxınlıqdakı vətəndaşlar və yoldan keçən sürücülər qadına dərhal yardım göstəriblər. 

Faktla bağlı araşdırma aparılır.

Nərmin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью