Icma.az, Bakivaxti saytına istinadən bildirir.
Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində anbarda baş verən yanğın zamanı Fövqəladə Hallar Nazirliyinin (FHN) helikopterləri indiyədək 45 atış həyata keçirib.
Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, bu atışlar zamanı ümumilikdə 115 ton su yanğın baş verən əraziyə tökülüb.
Hazırda atışlar davam edir.