Lökbatandakı yanğında “Aztelekom”un da anbarı yanıb MİLYONLARLA ZƏRƏR

21.07.2026

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ölkə.az Plat.az-a istinadən xəbər verir ki, hadisə zamanı şirkətin anbarında olan bir çox telekommunikasiya avadanlıqları yanıb.

Mənbənin verdiyi məlumata görə, yanğın nəticəsində “Aztelekom”a 20-25 milyon manatdan artıq zərər dəyib.

Qeyd edək ki, məsələ ilə bağlı şirkətə sorğu göndərilib.

Xatırladaq ki, may ayında Lökbatan qəsəbəsində baş verən sözügedən hadisə zamanı "Kontakt Home" və “Birmarket”ə məxsus anbarlar da yanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью