LökbatanXocasən yolunda qəza: Tofaş MAZla toqquşdu

17.12.2024

Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakıda yük avtomobili və minik avtomobili toqquşub. Avtosfer.az report-a istinadən xəbər verir ki, Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində, Lökbatan-Xocasən avtomobil yolunun 2.5-ci kilometrində Nuriyev Rəhim Bəxtiyar oğlu idarə etdiyi “Tofaş” markalı avtomobillə İbrahimov Umud Rafiq oğlunun idarə etdiyi “MAZ 543302-2120“ markalı yük avtomobilinin toqquşub.

Nəticədə “Tofaş" markalı avtomobildə sərnişin 1991-ci il təvəllüdlü Həsənov Sadiq Azər oğlu almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.

Qaradağ rayon polis idarəsinin istintaq şöbəsində fakta görə cinayət işi başlanılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью