Lombard krediti verən banklar və şərtləri

29.04.2026

Banco.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Təcili olaraq pula ehtiyac duyulan zaman ağla gələnlər sırasında lombard krediti ən sərfəli çıxış yolu sayıla bilər. Lombard kreditləri qızıl və ya digər zinət əşyalarının girov qoyulması yolu ilə götürülən nağd puldur. Borc pulu ödədikdən sonra girov qoyulan əşyalar geri qaytarılır.

Bu kredit sizə etibarlı şərtlər ilə lazım olan məbləği əldə etmək imkanı verir. Lombard krediti məhsulundan yararlanmaq üçün banklara müraciət etmək daha məqsədə uyğundur.

Banco.az lombard krediti verən bankları və onların şərtlərini təqdim edir. Araşdırmamıza görə, ən yüksək məbləği (100 000 manatadək) AccessBank təklif edir. Minimum başlanğıc faiz isə 12%-lə Yelo Bank-dadır. Aylıq faiz 1%-dən başlayır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью