Lombard sahiblərinə pis xəbər Mərkəzi Bank sərt nəzarətə başlayır

04.02.2026

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Lizinq haqqında qanun artıq hazırdır və artıq dövlət qurumları ilə razılaşdırılma mərhələsindədir. Düşünürəm ki, bu il bu qanun qəbul ediləcək. 
Demokrat.az xəbər verir ki, bu sözləri Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, lombardlarla bağlı qanunvericilik təkmilləşdirilir və bunu da bu il müzakirəyə çıxarmağı və təsdiq etməyi hədəfləyirik: "Lizinq sahəsində tənzimləmədə Mərkəzi Bankın rolu daha çox olacaq. Lombard sahəsində isə istehlakçıların hüquqlarının qorunması istiqamətində fokuslanacağıq".
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью