Londoda PKK tərəfdarları ilə qarşıdurma olub

29.11.2024

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

İngiltərədə terror təşkilatı PKK-ya qarşı aparılan istintaq çərçivəsində 7 nəfərin saxlanılmasının ardından ikinci dəfə etiraz aksiyası təşkil edilib.

Terror təşkilatı tərəfdarları yenidən polislə toqquşub.

"Cebheinfo.az" xəbər verir ki, İngiltərənin paytaxtı Londonda "Turnpike Lane" qatar stansiyasının çıxışında toplaşan terror təşkilatı PKK tərəfdarları daha sonra polisin axtarış apardığı Haringeydə "icma mərkəzi" adı altında istifadə etdikləri dərnəyə doğru yürüş edib.

Yürüş zamanı Türkiyə və İngiltərə əleyhinə şüarlar səsləndirən terror təşkilatı tərəfdarları dərnək yaxınlığında barrikada qurmaq istəyən polislə toqquşub.

Terror təşkilatı PKK tərəfdarları polis əməkdaşlarına su şüşələri ataraq hücum etməyə cəhd etdikdən sonra qruplaşma ilə polis arasında dava düşüb.

Nigar Hacılı 
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью