London Brüssellə yeni razılaşmalar əldə etməyə çalışır

12.11.2026

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

 London, 12 noyabr, AZƏRTAC

Böyük Britaniya hökuməti gələn həftə keçiriləcək Böyük Britaniya–Avropa İttifaqı sammitində biznes və istehlakçılar üçün iqtisadi faydaların mümkün xərcləri üstələdiyi sahələrdə əməkdaşlığı genişləndirməyə çalışacaq.

AZƏRTAC xəbər verir ki, bunu Böyük Britaniyanın maliyyə naziri Con Hili BBC-yə açıqlamasında bildirib.

Nazirin sözlərinə görə, hökumət xüsusilə ərzaq məhsulları və kənd təsərrüfatı sahələrində Avropa İttifaqı ilə yeni razılaşmalar əldə etməyi hədəfləyir. Bu razılaşmaların bürokratik prosedurları azaltması, müəssisələrin xərclərini yüngülləşdirməsi və istehlak qiymətlərinin aşağı salınmasına kömək etməsi gözlənilir.

“Brexit”dən sonra Avropa İttifaqı ilə münasibətlərin yenidən qurulmasının əlavə qeyri-müəyyənlik yaradıb-yaratmayacağı barədə suala cavab verən Hili bildirib ki, hökumət əməkdaşlığın iqtisadi üstünlüklərinin mümkün güzəştlərdən daha çox olduğu istiqamətlərə üstünlük verəcək.

Böyük Britaniyanın Baş naziri Endi Börnhem vəzifəyə gəldikdən sonra Avropa İttifaqı ilə əlaqələrin dərinləşdirilməsini hökumətin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirib. O, iqtisadi artımı dəstəkləmək və ortaq problemlərin həllinə nail olmaq məqsədilə Brüssellə münasibətlərə daha geniş çərçivədə yenidən baxılmasının vacibliyini vurğulayıb. Baş nazir ötən ay deyib ki, Böyük Britaniyanın Avropa İttifaqı ilə gələcək münasibətləri barədə açıq müzakirələr aparılmalıdır. O, daha geniş əməkdaşlıq paketi çərçivəsində insanların sərbəst hərəkətinin də nəzərdən keçirilə biləcəyini istisna etməyib.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью