London derbilərinin məğlubedilməzi İdman və Biz

02.01.2025

Icma.az, Idman.biz saytına istinadən bildirir.

2024-cü ildə London derbiləri "Arsenal" üçün uğurlu alınıb.

İdman.biz xəbər verir ki, "topçular" həmşəhərlilərlə oyunların heç birində uduzmayıblar.

Mikel Artetanın yetirmələri Böyük Britaniya paytaxtından olan 6 rəqiblə qarşılaşıblar. "Çelsi", "Tottenhem", "Fulhem", "Vest Hem", "Kristal Pelas" və "Brentford"la görüşlərdə "Arsenal" 8 qələbə qazanıb, 2 dəfə heç-heçə oynayıb.

Qeyd edək ki, paytaxt təmsilçisi 39 xalla 2-ci pillədə qərarlaşıb.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью