Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Futbol üzrə İngiltərə Premyer Liqasında XIII tura yekun vurulub.
“Qafqazinfo” xəbər verir ki, turun mərkəzi oyununda “Çelsi” öz meydanında “Arsenal”ı qəbul edib. London derbisi 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Meydan sahiblərinin heyətində Trevo Çaloba, qonaqlardan isə Mikel Merino fərqlənib.
Turun digər görüşlərində “Mançester Yunayted” “Kristal Pelas”a (2:1), “Fulhem” “Tottenhem”ə (2:1), “Liverpul” “Vest Hem”ə (2:0), “Aston Villa” “Vulverhempton”a (1:0), “Brayton” isə “Nottingem Forest”ə (2:0) qalib gəlib.
Qeyd edək ki, hazırda turnir cədvəlinə 30 xalla “Arsenal” başçılıq edir. “Mançester Siti” 25 xalla 2-ci, “Çelsi” 24 xalla 3-cüdür.